phone icon(+994 12) 480 16 24
divider

Rəylər


MADO

“AZEM və Partnyorları” bütün hüquqi məsələlərdə dəstək aldığımız, tələbimizdən asılı olmayaraq bizə zamanında peşəkarcasına xidmət göstərən hüquq şirkətidir.

Altis Group of companies

“AZEM və Partnyorları” bizim hüquq məsələlərində öz peşkarlılığını sübut etmişdir. Məhkəmə iddialarında olduqca yüksək professional dəstək göstərdilər.

Dünyagöz

“AZEM və Partnyorları” öz peşəkar komandası ilə bizim Azərbaycanda yarandığımız zamandan etibarən qeydiyyatımızda olduqca mühüm xidmət göstərmişlər. “AZEM və Partnyorları” təcrübəli və özünü təsdiq etmiş hüquq şirkətidir.

Fairmont

“AZEM və Partnyorları” güvənərək çalışdığımız təcrübəli hüquq şirkətidir. Əməkdaşlığımız zamanı korporativ hüquq xidmətləri, miqrasiya hüququ, arbitraj və digər hüquqi məsələlərdə əvəzolunmaz xidmət göstərmişlər. Biz çox şadıq ki, onların xidmətindən yararlanırıq.

AZERCON

“Hüquq xidməti belə xidmət növüdür ki, xidmət göstərən şəxs sənin hüquqlarını, maraqlarını və mənafeylərini qoruyur. Bəzi hallarda sən həyatının çox önəmli məsələlərini, hətta azadlığını ona etibar edirsən. Təbii ki, bu cür xidmət növündə xidmət göstərən şəxsin peşəkarlılığı ilə yanaşı etibarlılığı, məsuliyyətliliyi və vicdanlılığı olduqca vacibidir. “AZEM və Partnyorları” komandası bütün bu xüsusiyyətləri özündə birləşdirən komandadır.

AMFA

“AZEM və Partnyorları” öz gənc və peşəkar komandası ilə kommersiya və qeyri-kommersiya yönümlü biznes sahələrində və istənilən hüquqi və müasir ticari aspektlər ilə əlaqədar olduqca məsuliyyətli bir hüquq şirkətidir. Bu hüquq komandasının uzunmüddətli müştərisi olmaq Azərbaycanda biznes fəaliyyəti göstərmək və beynəlxalq investor və digər maraqlı tərəflərlə əməkdaşlıq edə bilmək üçün tam təhlükəsiz və etibarlı bir şərait yaradır. “AZEM və Partnyorları” beynəlxalq əməkdaşlarla istənilən yenilikçi biznes münasibətlərinin qurulmasında bizim əvəzedilməz partnyorumuzdur.”